AMEA-nın Yüksək Texnologiyalar Parkı BP ilə əməkdaşlığa başlayır
Bakı, 22 aprel, AZƏRTAC
AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, strateji inkişaf üzrə direktor müavini, hüquq üzrə fəlsəfə doktoru Məmməd Bağırzadə və infrastruktur üzrə direktor müavini, aqrar elmləri üzrə fəlsəfə doktoru Elxan Bayramov BP şirkətində olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, məqsəd YT Parkda istehsal olunan mühərrik və sürtkü yağları ilə bağlı məlumat verilməsi, həmçinin Strateji Elmi Analitik Sınaq Mərkəzi tərəfindən neft və neft-kimya məhsullarının, istehlak mallarında toksik elementlərin sınağının keçirilməsi və ekspertizası məsələlərinin müzakirəsi olub.
Görüşdə BP-nin Tədarük və təchizatın idarə olunması şöbəsinin nümayəndəsi Samir Tağıyev, kimya mühəndisləri - Kənan Tağıyev, Elnur Abbasoğlu və mexanika mühəndisi İlqar Abbasov iştirak ediblər.
BP rəsmiləri əməkdaşlıq məqsədilə təşkil olunan görüşü yüksək qiymətləndiriblər. Bundan əlavə, şirkət nümayəndələrinin YT Parka biznes turlarının həyata keçirilməsi qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]