AMEA-nın Zoologiya İnstitutunun hesabat yığıncağı keçirilmişdir
Bakı, 5 dekabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun illik hesabat yığıncağı keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, bu elm müəssisəsində hazırda 116 nəfər elmi işçi, o cümlədən 1 akademik, 1 AMEA-nın müxbir üzvü, 10 elmlər doktoru və 70 biologiya üzrə fəlsəfə doktoru çalışır.
Cari ildə institutda 1 istiqamət, 3 problem, 11 mövzu və 40 işi əhatə edən elmi tədqiqat işləri aparılmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə maliyyələşən 2 qrant layihəsi həyata keçirilmişdir. Hesabat ilində 151 elmi əsər çapdan çıxmışdır. Bunlardan 1 kitab, 2 kitabça, 131 məqalə, 20 tezis olmuşdur. Onlardan 53 məqalə və 18 tezis xaricdə nəşr olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]