AMEA rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsini yad edib
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və AMEA-nın vitse-prezidentləri – akademik Rasim Əliquliyev və akademik İradə Hüseynova Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anım günü ilə bağlı Fəxri xiyabanda məzarını ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
AMEA nümayəndələri Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları önünə gül dəstələri düzüb, əziz xatirələrini dərin ehtiramla yad ediblər.