Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA Rəyasət Heyətinin onlayn iclası keçirilib

AMEA Rəyasət Heyətinin onlayn iclası keçirilib

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də AMEA Rəyasət Heyətinin onlayn iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri açaraq qeyd edib ki, hazırda dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yarada biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə kompleks tədbirlər həyata keçirilməkdədir. Bu istiqamətdə düşünülmüş siyasət və çoxşaxəli qabaqlayıcı tədbirlər öz müsbət nəticələrini verir. Vaxtında və düzgün müəyyənləşdirilmiş strategiyanın nəticəsidir ki, koronavirusla mübarizənin Azərbaycan modeli dünyanın bir sıra nüfuzlu beynəlxalq qurumları, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.

Akademik R.Mehdiyev əlavə edib ki, son aylar respublikada xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, müasir informasiya-kommunikasiya texnologiyalarının verdiyi imkanlardan istifadə etməklə AMEA-nın qarşısında duran vəzifələrin həyata keçirilməsi istiqamətində işlər uğurla davam etdirilib. O, qeyd edib ki, iclasda AMEA-nın elmi və elmi-təşkilati həyatı, o cümlədən bir sıra mühüm elmi kadr təyinatları ilə bağlı müzakirələr aparılacaq.

Sonra AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov gündəlikdə yer alan birinci məsələ - “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin nəşri barədə məlumat verib.

Mövzu ilə bağlı AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, müstəqillik illərində Azərbaycan Respublikasının tarixinin, onun sosial-iqtisadi inkişafının, mədəni-mənəvi təkamül proseslərinin vahid konseptual elmi baxış müstəvisində kompleks tədqiqi və nəşri hazırkı şəraitdə qarşıda duran əsas vəzifələrdəndir. Bu baxımdan sözügedən çoxcildliyin akademik səviyyədə hazırlanması zəruridir.

Müzakirələrdən sonra akademik Ramiz Mehdiyevin baş redaktorluğu ilə çoxcildliyin hazırlanıb nəşr edilməsi qərara alınıb. Çoxcildliyin akademik Ramiz Mehdiyev, akademik İsa Həbibbəyli, akademik Yaqub Mahmudov və akademik İsmayıl Hacıyevdən ibarət Redaksiya heyəti, o cümlədən müəlliflər heyəti və plan-prospekti təsdiqlənib.

Sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” müzakirə olunub.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova qeyd edib ki, Tədbirlər Planının həyata keçirilməsi digər təşkilatlarla yanaşı, akademiyanın da qarşısında bir sıra vəzifələr qoyub. İclasda həmin vəzifələrin icrasını təmin etmək məqsədilə AMEA-nın müvafiq strukturları üçün İş planı təsdiq edilib, əlaqədar qurumlara və şəxslərə müvafiq tapşırıqlar verilib.

Daha sonra Ə.Sadıqov “Azərbaycan Milli Elmlər Akademiyasının 2019-cu ildəki fəaliyyəti haqqında hesabat məcmuəsi” barədə məlumat verib. O bildirib ki, AMEA üzvlərinin, elmi bölmələrin, elmi müəssisələrin, AMEA Rəyasət Heyəti aparatının idarə və şöbələrinin, həmçinin müvafiq nazirliklərin təqdim etdikləri materiallar əsasında ”Azərbaycan Milli Elmlər Akademiyasının 2019-cu ildəki fəaliyyəti haqqında hesabat məcmuəsi”nin layihəsi Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi tərəfindən hazırlanaraq AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim edilib. Hesabatda AMEA-da, eləcə də respublikanın digər elm və təhsil müəssisələrində 2019-cu ildə aparılmış fundamental və tətbiqi tədqiqatların mühüm nəticələri, AMEA Rəyasət Heyətinin elmi-təşkilati fəaliyyəti, akademiyanın fəaliyyətinin digər göstəriciləri öz əksini tapıb. Məsələ geniş müzakirə olunduqdan sonra hesabatın bəyənilməsi, nəşri və AMEA-nın Ümumi yığıncağının müzakirəsinə təqdim edilməsi ilə bağlı müvafiq qərar qəbul olunub.

Onlayn iclasda AMEA-nın doktorantura və dissertanturasına qəbulun nəticələri ilə bağlı məlumat verən Əminağa Sadıqov qeyd edib ki, müvafiq qanunvericiliyə uyğun olaraq, qəbul uğurla başa çatdırılıb, doktorant və dissertantlar üçün müxtəlif istiqamətlər üzrə aktual elmi problemləri əhatə edən mövzular müəyyənləşdirilib. Müzakirələrdən sonra fəlsəfə və elmlər doktoru hazırlığı üzrə AMEA-nın doktoranturasına və dissertanturasına qəbulun nəticələri təsdiq edilib, akademiyanın elmi müəssisə və təşkilat rəhbərlərinə, digər qurumlara müvafiq tapşırıqlar verilib.

Rəyasət Heyətinin iclasında AMEA-nın Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin yaradılması barədə də qərar qəbul edilib. Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan dilini, mədəniyyətini, ümummilli dəyərlərini, adət-ənənələrini, xalqımızın milli mənafeyini, dövlətçilik ideologiyasını, vətənpərvərlik ruhunu, azərbaycançılıq ideyasının əsas prinsiplərini və mahiyyətini daha da möhkəmləndirmək, tədqiq və təbliğ etmək məqsədilə AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin yaradılması zərurəti meydana çıxıb. Azərbaycan xalqının çoxəsrlik milli dövlətçilik ənənələrini, azərbaycançılıq ideyasının formalaşma və inkişaf proseslərini tədqiq və təbliğ etmək məqsədilə ictimai əsaslarla fəaliyyət göstərən mərkəzin yaradılması barədə qərar qəbul edilib. Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin rəhbəri akademik Ramiz Mehdiyev, müavini isə akademik İsa Həbibbəyli təsdiqlənib.

Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun nəzdində Eksperimental fonetik araşdırmalar laboratoriyasının bərpa edilməsi və “AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun elmi əsərləri” jurnalının “Azərbaycan tarixşünaslığı” adlandırılması kimi digər elmi-təşkilati məsələlər də müzakirəyə çıxarılıb və müvafiq qərarlar qəbul edilib.

Bundan əlavə, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun və Azərbaycan fəlsəfə elminin inkişafında xüsusi xidmətləri olan AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşovun anadan olmasının 100 illik yubileyləri ilə bağlı müvafiq qərar qəbul olunub.

Müzakirələrdə AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər Dilqəm Tağıyev və Rasim Əliquliyev yaxından iştirak edib, müzakirə olunan məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər.

Sonda bir sıra kadr məsələlərinə baxılıb. Texnika elmləri doktoru Təranə Məmmədova AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ), kimya elmləri doktoru Əfsun Sucayev Aşqarlar Kimyası İnstitutunun (AKİ), biologiya elmləri doktoru Eldar Novruzov Botanika İnstitutunun, aqrar elmlər üzrə fəlsəfə doktoru Qoşqar Məmmədov Torpaqşünaslıq və Aqrokimya İnstitutunun, biologiya elmləri doktoru Şakir Qasımov Mərkəzi Nəbatat Bağının və fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifələrinə təsdiqləniblər. Həmçinin kimya üzrə fəlsəfə doktoru Nizami Mürsəlov NKPİ-nin, kimya elmləri doktoru Mina Munşiyeva Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, kimya üzrə fəlsəfə doktoru Mehparə Səfərova AKİ-nin, biologiya üzrə fəlsəfə doktoru Natavan Kələntərova Genetik Ehtiyatlar İnstitutunun, biologiya üzrə fəlsəfə doktoru Yeganə Bayramova Fiziologiya İnstitutunun, filologiya üzrə fəlsəfə doktoru Aynel Məşədiyeva Dilçilik İnstitutunun və fizika üzrə fəlsəfə doktoru Musa Nuriyev Radiasiya Problemləri İnstitutunun elmi katibi vəzifələrinə təyin ediliblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb