Amerikalı qonaqlar Azərbaycan tarixi barədə məlumatlandırılıb
Bakı, 13 mart, AZƏRTAC
VII Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə gəlmiş amerikalı ictimai xadim, heykəltəraş xanım Vendi Fişer və onu müşayiət edən şəxslər Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) olublar.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, amerikalı qonaqlara bələdçi tərəfindən Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.
Qonaqlar tariximiz haqqında müfəssəl məlumat aldıqlarından məmnun olduqlarını bildirib və muzeyə gələcək fəaliyyətində uğurlar arzulayıblar.