Amerikalı rejissor uzun sürən fasilədən sonra yenidən kinoya qayıdır
Bakı, 30 yanvar, AZƏRTAC
Amerikalı rejissor Zak Snayder yeni film çəkməyə qərar verib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Hollywood Reporter”da bildirilir.
Qeyd edilir ki, ailəsində baş verən faciədən sonra Snayder “Neflix” şirkəti üçün zombilər barədə “Ölülər ordusu” (“Army of the Dead”) adlı trillerin çəkilişləri ilə məşğul olacaq. Rejissor pultu arxasında oturacaq Snayder, həmçinin həyat yoldaşı ilə birgə ekran əsərinin prodüseri rolunda da çalışacaq.
Filmdə oğruluqdan ötrü bağlı zonaya - zombilərin yaşadığı məkana yola düşən bir qrup insandan söhbət gedir. Mənbənin məlumatına görə, filmin büdcəsi 90 milyon dollar təşkil edə bilər. Snayder yeni layihə barədə böyük ruh yüksəkliyi ilə danışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]