Amerikalılar psixi pozğunluqların müalicəsi üçün 119 yeni dərmanın buraxılmasına hazırlaşırlar
Bakı, 16 may (AZƏRTAC). Amerikanın bioəczaçılıq şirkətləri psixi pozğunluqlar əleyhinə 119 yeni preparat hazırlamışdır. Bu məlumat ABŞ Əczaçılıq Məhsullarını Hazırlayanlar və İstehsalçılar Asossiasiyasının (PhRMA) məruzəsində yer almışdır. Məruzənin müəllifləri kliniki tədqiqat mərhələsində olan və ya ərzaq məhsullarının və medikamentlərin keyfiyyətinə sanitar nəzarət üzrə idarəyə (FDA) baxılmaq üçün təqdim edilmiş dərman vasitələrini hesaba almışlar.
119 adda yeni preparatdan 39-u şizofreniyanın müalicəsi üçün təyin olunmuş, 29-u depressiyaya düşənlər, 20 dərman vasitəsi isə addiktiv pozğunluqları olan pasiyentlərin vəziyyətinin yüngülləşdirilməsi üçün təklif edilmişdir. 15 dərman isə diqqətin və hiperaktivliyin defisiti sindromu simptomlarının aradan qaldırılması üçün nəzərdə tutulmuşdur. Qalan 15 preparat həyəcan pozğunluqlarının müalicəsi üçün təyin edilmişdir.
PhRMA-nın məlumatına görə, hər dörd nəfər yaşlı amerikalıdan birinə orta ağırlıqlı psixi xəstəlik diaqnozu qoyulur. Ümumilikdə 61,5 milyon ABŞ sakininin müalicəyə ehtiyacı vardır. ABŞ-da bu xəstəliklərin illik iqtisadi tutumu 317 milyard dollara çatır - bu məbləğə müalicə xərci, iş qabiliyyəti ilə bağlı ödənişlər və itirilmiş əməkhaqqı daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]