Angela Merkel rəsmi tədbir zamanı yenidən özünü pis hiss edib
Bakı, 27 iyun, AZƏRTAC
Almaniya kansleri Angela Merkeli protokol tədbiri zamanı - Prezident Frank-Valter Ştaynmayerin qəbulunda olarkən yenidən güclü titrətmə tutub.
AZƏRTAC xəbər verir ki, NTV telekanalının yayımladığı videoda Merkelin əsməsi aydın görünür. Bir qədər sonra kanslerin titrətməsi dayanıb.
Xatırladaq ki, buna bənzər hadisə iyunun 18-də də baş vermişdi. Həmin vaxt Almaniya kansleri Angela Merkel Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş zamanı dövlət himni səslədirilərkən özünü pis hiss etmişdi. Bundan sonra tərəflər danışıqlara yollanmış və təxminən 1 saat 30 dəqiqədən sonra mətbuat qarşısına çıxmışdılar.
Angela Merkelin G20 sammitində iştirak etmək üçün bu gün Osakaya yola düşəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]