ANKARADA AZƏRBAYCAN-TÜRKİYƏ TARİXİ ARAŞDIRMA FONDUNUN İLK İCLASI KEÇİRİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ankarada Azərbaycan-Türkiyə Tarixi Araşdırma Fondunun ilk iclası işə başlamışdır.
İki qardaş ölkə üçün mühüm problem olan “Erməni məsələsi”nin həlli ilə bağlı araşdırmalar aparmaq, ermənilərin soyqırım iddialarının qondarma olduğunu və əsl soyqırımı onların törətdiyini dünyaya sübut etmək üçün nəzərdə tutulmuş bu qurum Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türk Tarix Qurumu, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Bakı Dövlət Universitetinin rəhbərləri tərəfindən imzalanmış dördtərəfli əməkdaşlıq protokoluna əsasən yaradılmış və Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.
Azərbaycan-Türkiyə Tarixi Araşdırma Fondunun ilk toplantısının gündəliyində Fondun strategiyası və strukturlarının müəyyənləşdirilməsi, İdarə Heyətinin sədri və üzvlərinin seçilməsi məsələləri vardır. Toplantıda həmçinin ATAF Təftiş Komissiyasının tərkibi müəyyənləşdirilməlidir. Fondun 2008-ci il üçün fəaliyyət proqramı və digər məsələlər də müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]