RƏSMİ XRONİKA
ANTALYA HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də Türkiyənin Antalya şəhərinə gəlmişdir.
Hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Antalya şəhərinin bələdiyyə başçısı Menderes Türel, digər rəsmi şəxslər böyük hörmət və ehtiramla qarşıladılar. Milli geyimli oğlan və qız dövlətimizin başçısına və xanımına gül dəstələri təqdim etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.