APRELDƏ 4894 PARTLAMAMIŞ HƏRBİ SURSAT ZƏRƏRSİZLƏŞDİRİLMİŞDİR
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AZƏRTAC-a bildirmişlər ki, apreldə 2 milyon 122 min 743 kvadratmetr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənmişdir. Həmin ərazidə 4894 PHS aşkar edilərək zərərsizləşdirilmişdir.
Əməliyyatlara 339 nəfər canlı qüvvə, 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it cəlb edilmişdir.
İndiyədək cəmi 67 milyon 648 min 981 kvadratmetr ərazi təmizlənmiş, 306 min 889 mina və PHS tapılıb zərərsizləşdirilmişdir.
Agentlik təmizləmə əməliyyatlarını Tərtər, Ağdam, Füzuli, Goranboy, Xocavənd və Ağstafa rayonlarında aparır.