APRELDƏ TİKİNTİ MATERİALLARI 13,6 FAİZ BAHALAŞMIŞDIR
Apreldə Bakı şəhəri üzrə tikinti materialları bazarında 38 adda, 84 çeşiddə tikinti materiallarının qiyməti izlənilmişdir.
AZƏRTAC xəbər verir ki, ölkədə istehsal olunan malların ümumi istehsalda həcmi 44 faiz, xaricdən gətirilən tikinti materialları isə 56 faiz təşkil etmişdir. Apreldə 84 çeşid məhsuldan 10-u üzrə qiymət azalması, 22-si üzrə sabitlik, 52-si üzrə isə qiymət artımı müşahidə edilmişdir. Nəticədə ay ərzində bazarda formalaşan orta qiymətlər mart ayı ilə müqayisədə 13,6 faiz artmışdır.
İlin əvvəli ilə müqayisədə tikinti materialları bazarında orta qiymət artımı 15,3 faiz, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 20 faiz təşkil etmişdir. Ötən ayla müqayisədə qiymətlər 13,6 faiz artmış, qiymət indeksi isə 184 bəndə qədər yüksəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]