“AQROLİZİNQ” ASC NÖVBƏTİ TENDER KEÇİRMİŞDİR
Tender komissiyasının sədri Aydın Əzizov məlumat vermişdir ki, Rusiya, Türkiyə, Çin, İran, Rumıniya, Finlandiya, Özbəkistan və Belarusda istehsal olunmuş taxılyığan kombayn, traktor, torpaqbecərən, yemyığan, otbiçən, dərman çiləyiciləri və digər texnika tenderə çıxarılmışdır. Tenderdə müxtəlif ölkələrdən 32 iddiaçı iştirak edir.
Prosedur qaydaları izah edildikdən sonra iddiaçıların təklifinin qiyməti, təklifin bank təminatı elan olunmuşdur.
İddiaçılar beş lot üzrə keçirilmiş tenderin ilkin protokolunu imzalamışlar. Sənədlər rəy komissiyasında ekspertizadan keçirildikdən sonra 20 gün ərzində yekun protokolu hazırlanaraq Satınalmalar üzrə Dövlət Agentliyinə təqdim olunacaqdır. Ümumiyyətlə, bu il tender vasitəsilə 380 traktor, 250 taxılyığan kombayn, 20 ekskavator, 1270-ə yaxın digər kənd təsərrüfatı texnikasının alınacağı gözlənilir.
Tenderi Rumıniya və Belarusun ölkəmizdəki səfirliklərinin nümayəndələri müşahidə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]