Azərbaycan Dövlət İnformasiya Agentliyi

AQTA maarifləndirir: “Torpaq zərərvericilərinə qarşı mübarizə tədbirləri”

Bakı, 29 aprel, AZƏRTAC 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, budəfəki maarifləndirici mövzu “Torpaq zərərvericilərinə qarşı mübarizə tədbirləri” haqqındadır.

Hazırda respublikamızın rayonlarında müxtəlif tərəvəz və bostan bitkilərinin əkini aparılır. Ona görə də fermerlər bu bitkilərə, xüsusən ilk cücərtilərin əmələ gəlməsi zamanı onların yeni formalaşmış kökünü zədələyərək təsərrüfata ciddi ziyan vuran torpaq zərərvericilərinə qarşı mübarizə tədbirlərinə xüsusi diqqət yetirməlidirlər.

Məsələn, adi danadişi kütləvi inkişaf etdiyi dövrlərdə kartof, pomidor, kələm, badımcan və s. tərəvəz və digər bitkilərə böyük ziyan vurur. Rütubətli sahələrdə daha çox rast gəlinən bu zərərverici bitkinin gövdəsi və köklərini gəmirərək zədələyir. Eyni zamanda, danadişi kartof bitkisinin yumrularına da böyük zərər vurur.

Danadişiyə qarşı mübarizə aparmaq üçün ilboyu ardıcıl olaraq tədbirlər həyata keçirilməlidir. Kartof və tərəvəz bitkiləri eyni sahədə 2 il və daha çox əkilərsə, bu zaman danadişi yayılmağa başlayacaq. Ona görə də zərərvericiyə qarşı profilaktik tədbir görmək məqsədilə sahədə aldadıcı yem səpini aparılmalıdır. Bunun üçün qarğıdalı dəni suda bişirilir. 1 kiloqram bişirilmiş dənə 50 qram günəbaxan yağı əlavə edilir. Hazırlanmış kütləyə 15-20 millilitr Karate preparatı qarışdırılır. Bir gün saxlanılan dənin növbəti gün üzərinə günəbaxan yağı əlavə edərək qarışdırılır. Bundan sonra nəm torpaqda 2-3 sm dərinlikdə şırımlar açılaraq dən səpilir və üstü örtülür. Torpaq quru olarsa, bu zaman danadişi dərin qatlarda qalır və aldadıcı yemin səpilməsinin faydası az olur. 1 hektar torpaq sahəsinə təxminən 80-100 kiloqram aldadıcı yem sərf olunur.

Bundan əlavə danadişiyə qarşı kimyəvi mübarizə vasitəsi kimi Canmetrin 25 EC, Sumosa EC, Aktara, Dursban-ultra və s. preparatlardan istifadə edilə bilər.

Bir məlumatı da diqqətinizə çatdıraq ki, zərərvericinin sayını azaltmaq üçün payızda sahələrin müxtəlif yerlərində 40 santimetr dərinliyində çalalar qazılır, peyinlə doldurularaq üstü örtülür. Qışda həmin çalalar açılaraq danadişilər məhv edilir.

Digər zərərverici - may böcəyinə gəlincə, onun yetkin fərdləri əsasən aprel-may aylarında torpaqdan çıxıb qidalanmağa başlayır. İyun ayında dişi fərdlər torpağın təxminən 12 santimetr dərinliyində yumurta qoyur və 30-40 gün sonra sürfələr çıxır. Bu sürfələr yetkin fərdə çevrilənə qədər 4 il torpaqda yaşayır və hər il aprel-iyul aylarında kartof, tərəvəz, qarğıdalı, çiyələk, bəzi meyvə ağaclarının, tinglərin, hətta qazon və s. bitkilərin kökü ilə qidalanaraq ziyan vururlar.

Torpaq zərərvericilərinə, o cümlədən may böcəyinin sürfələrinə qarşı kimyəvi mübarizənin səmərəliliyi bir o qədər də yüksək olmur. Ona görə də onlara qarşı mexaniki və aqrotexniki mübarizə aparmaqla daha yaxşı nəticə əldə etmək mümkündür. Belə ki, yaz və erkən yay aylarında sürfələr torpağın 10-20 santimetr dərinliyinə qalxdıqda, eləcə də yetkin fərdlərin yumurtaqoyma ərəfəsində torpaq şumlanaraq yumurtalar məhv edilməli, sürfələr isə əllə yığılıb zərərsizləşdirilməlidir. Bundan əlavə növbəli əkin sisteminə əməl olunmalı, həmçinin meyvə bağlarında cərgəarasına yonca və digər paxlalı bitkilər səpilməlidir. Çünki həmin bitkilərin köklərində olan bakteriyalar tərəfindən azot toplanılır, sürfələr isə azota həssas olduqlarına görə sahədən uzaqlaşırlar.

May böcəyinin sürfələrinə qarşı zərurət olduğu təqdirdə tiametoksam (aktara), diazinon (bazudin) tərkibli insektisidlərdən istifadə edilməsi tövsiyə olunur.

Mübarizə zamanı kimyəvi preparatlardan istifadə mütləq mütəxəssislərin nəzarəti altında həyata keçirilməli, bu zaman təhlükəsizlik, o cümlədən şəxsi gigiyena qaydalarına riayət olunmalıdır.

Bütün bu mübarizə tədbirləri ilə yanaşı, hər iki zərərvericiyə qarşı ətraf mühit və insan sağlamlığı üçün daha təhlükəsiz olan Boverin bioinsektisidinin təlimata uyğun tətbiqi xüsusən həyətyanı sahələrdə səmərəli hesab olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib