AQTA-nın kollektivi Zəfər parkını ziyarət edib
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun rəhbərliyi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ziyarət zamanı parkın girişində xatirə daşının önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub.