CƏMİYYƏT
AQTİ “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təlim təşkil edib


Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təlim keçirib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qida sahəsində fəaliyyət göstərən müxtəlif qida subyektlərinin istehsal, anbar və keyfiyyətə nəzarət mütəxəssisləri, eləcə də digər cavabdeh əməkdaşlarının iştirak etdiyi təlimdə sanitar-gigiyenik normalar, müəssisələrdə tətbiq edilən qida təhlükəsizliyi standartları, həmçinin qida məhsullarının emalı, saxlanılması, daşınması zamanı gigiyenik tələblər haqqında geniş məlumat verilib.
Mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təlimlər “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşlarına müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil olunması üçün zəruri məlumatlar vermək məqsədilə təşkil edilir.