ARDNŞ-IN “NEFTQAZTİKİNTİ” TRESTİNƏ BEYNƏLXALQ SERTİFİKAT VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, bu günlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqaztikinti” trestinə beynəlxalq sertifikat verilmişdir.
ARDNŞ-dən bildirmişlər ki, trest ötən il rekord həcmdə - 264 kilometr magistral qaz kəmərlərinin inşasını həyata keçirmişdir. Bunun 127 kilometri dənizin dibi ilə, 137 kilometri isə quruda çəkilmişdir. Trestin 5 min nəfər işçisinin 600 nəfərini peşəkar qaynaqçılar təşkil edir. İşçi personalın biliyi, təcrübəsi, yüksək peşəkarlığı, böyük əmək məhsuldarlığına malik qaynaq və sınaq avadanlıqları ilə, səmərəli nəzarət cihazları ilə təchiz olunması, habelə 1994-cü ildən başlayaraq 14 il ərzində boru kəmərlərinin inşası üzrə bir çox beynəlxalq layihələrdə iştirakı kolektivə ISO EN IEC 17024 beynəlxalq sertifikatının təqdim edilməsi üçün əsas yaratmışdır. Personalın sertifikatlaşması üzrə bu beynəlxalq standartın tətbiq olunması “Neftqaztikinti” trestinin Qaynaq Texonologiyası-Müayinə Mərkəzinə qaynaqçıların sertifikasiyasını həyata keçirmək hüququnu vermişdir. Bununla da, trestdə beynəlxalq layihələrdə iştirak etmək üçün peşəkar kadrların hazırlanmasına imkan yaradılmışdır.
Sertifikat beynəlxalq səlahiyyəti olan Türkiyə Standartlar İnstitutu tərəfindən təqdim edilmişdir. Bu, kollektivin əldə etdiyi sayca dördüncü sertifikatdır. Hazırda mexaniki sınaqların keyfiyyətini təmin etmək üzrə ISO EN IEC 17025 beynəlxalq sertifikatının əldə edilməsi üçün işlər aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]