Argentina Respublikasının Prezidenti Zati-aliləri xanım Kristina Fernandes de Kirşnerə
Hörmətli xanım Prezident,
Argentina Respublikasının milli bayramı - May inqilabının ildönümü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Argentina dövlətlərarası münasibətlərinin inkişafı dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsi üçün yeni imkanlar açacaqdır.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Argentina xalqına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 may 2011-ci il.