DÜNYA
Argentinalı futbolçunun olduğu təyyarə La-Manş rayonunda yoxa çıxıb
Bakı, 22 yanvar, AZƏRTAC
Göyərtəsində argentinalı futbolçu Emiliano Salanın olduğu təyyarə La-Manş rayonunda yoxa çıxıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, yanvarın 21-i axşam saatlarından başlayan axtarış-xilasetmə əməliyyatı hələlik heç bir nəticə verməyib. Hazırda xilasedicilər təyyarənin axtarışını davam etdirirlər.
Futbolçu yüngül mühərrikli “Piper Malibu” təyyarəsi ilə Fransadan Böyük Britaniyaya uçurdu. Təyyarədə Emiliano Saladan başqa daha bir nəfərin olduğu bildirilir.
Qeyd edək ki, ötən həftə 28 yaşlı argentinalı futbolçu Fransanın “Nant” klubundan Uelsin “Kardiff-Siti” klubuna transfer olmaq üçün müqavilə imzalamışdı. Sövdələşmənin qiyməti 15 milyon funt sterlinq məbləğindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]