SİYASƏT
Arian Bauer: Azərbaycan hökumətini humanist davranışlarına görə təqdir edirik
![Arian Bauer: Azərbaycan hökumətini humanist davranışlarına görə təqdir edirik](/files/2021/2/1200x630/1630312594324547467_1200x630.jpg)
Bakı, 30 avqust, AZƏRTAC
Avqustun 30-u dünyada itkin düşmüş şəxslərin anım günüdür. Beynəlxalq Qızıl Xaç Komitəsinin vəzifəsi itkin insanları tapıb ailələrinə qovuşdurmaqdır. Komitəmizin axtarış şöbəsi yaxınlarını itirmiş insanlara yardım edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanda nümayəndəsi Arian Bauer avqustun 30-da Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı keçirilən konfransda deyib.
Arian Bauer deyib: “İtkin düşən insanların yaxınlarının və qohumlarının gözü yoldadır. Biz onları qovuşdurmaq üçün səylərimizi əsirgəmirik.
Azərbaycan hökumətini humanist davranışlarına görə təqdir edirik. Çünki Azərbaycan hökuməti öz üzərinə düşən öhdəliyi layiqincə və humanizm prinsipləri əsasında yerinə yetirir və Beynəlxalq Qızıl Xaç Komitəsinin işinə kömək edir”.