Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arye Qut: Azərbaycan sübut etdi ki, həqiqi sivilizasiyalararası dialoq nümunəsidir

Arye Qut: Azərbaycan sübut etdi ki, həqiqi sivilizasiyalararası dialoq nümunəsidir

Bakı, 28 aprel, AZƏRTAC

Aprelin 27-də “İsrailin səsi” dövlət radiostansiyasının “Beynəlxalq saat” verilişində aprelin 25-27-də Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yekunları geniş şərh olunub.

AZƏRTAC xəbər verir ki, “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi, bu ölkənin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çox mühüm beynəlxalq tədbir, dünyanın intellektual elitası üçün həqiqi və real məkandır. Burada siyasətçilər, dövlət başçıları, keçmiş xarici işlər nazirləri, mədəniyyət xadimləri, vətəndaş cəmiyyətinin nümayəndələri görüşürlər. Arye Qut deyib: “Bu gün dünyada praktiki olaraq elə bir intellektual məkan yoxdur ki, orada dünya birliyi üçün multikulturalizmin müqayisəli tədqiqi, qlobal təhsil, vətəndaş cəmiyyəti və biznes, təhlükəsizlik və inkişaf, qlobal miqrasiyada şəhərlərin rolu, sülh üçün şəraitin yaradılması və terrorun qarşısının alınması, zorakı ekstremist təbliğatın qarşısının alınmasında jurnalistikanın rolu, informasiya məkanında qloballaşma şəraitində aktual media məsələləri kimi mühüm problemləri həll etməkdən ötrü dünyanın 140 ölkəsinin siyasi, elmi, intellektual və biznes elitasının nümayəndələri görüşsünlər”.

İsrail ekspertinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı parlaq, bənzərsiz, konkret və yaddaqalan olub. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir.

Azərbaycanın paytaxtı Bakının son beş ildə real beynəlxalq meydana, beynəlxalq humanitar əməkdaşlıq üçün “intellektual Davosa” çevrildiyini vurğulayan Arye Qut deyib: “Azərbaycan rəhbərliyi tərəfindən yürüdülən tolerantlıq və multikulturalizm ideyasının təbliği siyasəti Azərbaycan dövlətinin tolerantlığının və multikulturalizm siyasətinin qorunub saxlanmasına, bu siyasətin müasir və güclü Azərbaycan modeli nümunəsində dünyada daha da inkişaf etdirilməsinə və təbliğinə yönələn strategiyanın əksidir. BMT-nin Qlobal Forumu mədəniyyətlərarası və sivilizasiyalararası dialoq nümunəsi nümayiş etdirməkdən ötrü Azərbaycan üçün daha bir real imkandır. Bu gün təkzibolunmaz faktdır ki, Azərbaycan mühüm və əvəzolunmaz rol oynayır və beynəlxalq birlik bunu tanıyır. BMT-nin Sivilizasiyalar Alyansının növbəti Forumunun məhz Azərbaycanda keçirilməsi faktını Odlar Yurdunun beynəlxalq arenada geosiyasi uğuru kimi qiymətləndirmək olar.

Azərbaycanda multikulturalizm haqqında suala cavab verən Arye Qut qeyd edib ki, əslən Azərbaycandandır və həmişə fəxr edir ki, Azərbaycanda yəhudi icmasının ənənələrinə diqqət və qayğı ilə yanaşırlar. A.Qut deyib: “Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələri üçün Vətən olub və olmaqdadır. Qədim Azərbaycan torpağında yəhudi dini və islam, atəşpərəstlik və xristianlıq dinc yanaşı mövcud olub. Bu gün də bu torpaq misli görünməmiş tolerantlıq və dini dözümlülük səyləri nümayiş etdirməyə davam edir. Dünyada yəhudilərin yığcam yaşadığı yeganə və unikal yer olan Qırmızı Qəsəbə Azərbaycanın fəxridir”.

Forumda bir çox ölkələrin alimləri İtaliya, Litva, Portuqaliya və Almaniya kimi ölkələrin təcrübəsini Azərbaycanın multikulturalizm və tolerantlıq modeli ilə müqayisə ediblər. Amma belə bir faktı nəzərə almaq lazımdır ki, həmin ölkələrdən fərqli olaraq, Azərbaycan Ermənistanın silahlı təcavüzü ilə üzləşib. Biz, BMT-nin Qlobal Forumunun iştirakçıları kimi, Ermənistan Respublikasının atəşkəs rejimini pozmasının və dinc əhalini atəşə tutmasının şahidi olduq. Hətta Forum günlərində də Azərbaycanın sərhəd kəndlərini atəşə tutmağa davam edən Ermənistan ilə ağır və qanlı ərazi münaqişəsinə və Azərbaycan ərazilərinin 20 faizinin işğal olunmasına baxmayaraq, ikili standartlardan əziyyət çəkən və çox mürəkkəb və kövrək əhatədə yerləşən ölkə öz simasını itirmədi, həqiqi sivilizasiyalararası və dinlərarası dialoq nümunəsi olmağa davam etdi”.

Arye Qutun sözlərinə görə, insanların yalnız eyni dinin bu və ya digər cərəyanına məxsus olması səbəbindən məhv edildiyi qanlı və amansız zəmanəmizdə dünya bir çox ölkələrə həqiqi və real örnək, bir növ tərəqqi və inkişaf mayakı ola biləcək müasir, dünyəvi, tolerant və güclü Azərbaycanın həqiqi nümunəsini düzgün qiymətləndirməlidir.

“İsrailin səsi” dövlət radiostansiyasında şərhlərini yekunlaşdıran Arye Qut bildirib ki, Azərbaycanın planetimizin rəngarəng mədəni palitrasını qorumağa qadir olan gələcəyin qlobal sivilizasiyasının açarını tapmağa çalışan dünyanın intellektual və siyasi elitası, o cümlədən tanınmış dövlət xadimləri, “beyin mərkəzləri”nin və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri üçün beynəlxalq meydana çevrilməsi təkzibolunmaz faktdır və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi bunu bir daha sübut etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Xocavənd Şəhəri Günü qeyd olunur

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır

Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq

Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar

Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub

Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər

Naxçıvanda “Velo Fest” velosiped festivalı

Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram

Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb

Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH

“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm

Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb

Ankarada “Türkiyənin Mədəniyyət Yolu” festivalının növbəti mərhələsi başlayıb

Rüfət Mahmud: Məqsədimiz milli geyim geyinməyi günümüzün bir hissəsinə çevirməkdir

Gülcahan Salamova: Üzeyir Hacıbəylinin əsərləri teatr mövsümünün açılışının xoş ənənəsinə çevrilib

Leysan yağışları Batumidə həyatı iflic edib

Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb

Gülnarə Xəlilova: Hər bir evdə azı bir dəst milli geyim olmalıdır