Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arye Qut: Dünya birliyi susmağa, Ermənistanın nazı ilə oynamağa son qoymalıdır

Arye Qut: Dünya birliyi susmağa, Ermənistanın nazı ilə oynamağa son qoymalıdır

Bakı, 7 may, AZƏRTAC

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çox vacib beynəlxalq tədbir, dünyanın intellektual elitası üçün həqiqi və real məkandır. Burada siyasətçilər, dövlət başçıları, keçmiş xarici işlər nazirləri, alimlər, mədəniyyət xadimləri, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin başçısı, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut İsrailin “IIand” internet telekanalına müsahibəsində bu barədə danışıb.

O, “lland” telekanalının “Bizim ada” verilişinin tanınmış aparıcısı David Konn ilə söhbətində bildirib ki, bu gün dünyada siyasi, elmi, intellektual və biznes-elita nümayəndələrinin görüşdüyü belə intellektual məkan demək olar yoxdur. O deyib: “Dünyanın 140 ölkəsindən 1400-dən çox iştirakçı dünya birliyi üçün multikulturalizmin müqayisəli tədqiqi, qlobal vətəndaş təhsili, vətəndaş cəmiyyəti və biznes, sülh, təhlükəsizlik və inkişaf naminə birgə fəaliyyət, sülhə və terrorun qabağının alınmasına şərait yaratmaq, zorakı ekstremist təbliğatın qarşısının alınmasında jurnalistikanın rolu, informasiya məkanının qloballaşması şəraitində medianın aktual məsələləri kimi mühüm problemləri həll etməkdən ötrü BMT-nin himayəsi altında Bakıya toplaşmışdı”.

İsrail eksperti aparıcı Konnun onun Azərbaycan XİN-in təşəbbüsü ilə ötən həftə xarici jurnalistlərlə birlikdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri ilə həmsərhəd Ağdam şəhərinin Çəmənli, Qaradağlı və Afaslı kəndləri ərazisindəki cəbhəyanı bölgəyə səfəri ilə bağlı sualın cavabında deyib: “Burada vəziyyət mürəkkəb və gərgindir. Yəqin ki, ən dəhşətlisi qeyri-müəyyənlikdir ki, o da burada xüsusilə hiss olunur. Burada nə müharibə, nə də sülh şəraiti olduğu üçün real şəkildə başa düşürsən ki, bu yerlər üçün atəşkəs rejimi anlayışı çox kövrək və zəifdir. Bir çox ekspertlər belə bir faktı vurğulayırlar ki, Ermənistan Respublikası təmas xəttində döyüşlərdə məğlubiyyətə uğradığı üçün belə çirkin addımlara əl atıb. 1990-cı illərin əvvəllərində olduğu kimi, yenə də mülki əhalini hədəfə alıb. Silahsız əhali ilə müharibə aparmaq isə ağır hərbi cinayətdir”.

Sonra Ağdam şəhərinin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri ilə sərhəddə yerləşən Çəmənli, Qaradağlı və Afaslı kəndləri ərazisində cəbhəyanı zonanı, yerli sakinlərin raket və artilleriya mərmilərindən əziyyət çəkdiyini aydın göstərən videolentlər nümayiş etdirilib. A.Qut İsrailin “Zamanın çağırışları” informasiya-analitika saytının “Bizim ada” verilişində deyib: ”Ağdam və Ağcabədi rayonlarında 500-dən çox evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağılıb. Mən evini və əmlakını itirmiş insanların faciəsini öz gözümlə gördüm. Amma insanlar ümidlərini itirməyiblər və indi də ümidlə yaşayırlar. Demək olar, hamı silaha sarılıb Vətənini, evini və ailəsini müdafiə etməyə hazır olduğunu bildirir. Qonşular tərəfindən bütün təhdidlərə baxmayaraq, onlar burada yaşayır, ev-eşik qurur və bacardıqları şəkildə erməni silahlı birləşmələrindən müdafiə olunurlar. Amma ümid edirlər ki, bu torpaqda əmin-amanlıq bərqərar olacaq. Bir israilli kimi, raket və artilleriya mərmilərinin nə demək olduğunu çox yaxşı başa düşürəm. Mən Ağdam, Tərtər və Ağcabədinin azərbaycanlı sakinlərinin ağrı-acısını və faciəsini bölüşürəm. Amma insanı təkcə təcavüzkarın yırtıcı siması deyil, həm də yalan və bəşəriyyət əleyhinə cinayətin cəzasızlığı ağrıdır”.

İsrail eksperti qondarma “Dağlıq Qarabağ Respublikasının” Ermənistan tərəfindən tanınması imkanlarına toxunaraq bildirib ki, “DQR Ermənistan tərəfindən yaradılan separatçı oyuncaq terrorçu qurumdur. O deyib: “Tutaq ki, Ermənistan bu oyuncaq qurumu tanıdı, bəs sonra? Ermənistan bu yanlış addımı atsa, ilk növbədə beynəlxalq hüququn əsas norma və prinsiplərinə, danışıqlar prosesinə, ATƏT-in Minsk qrupuna və onun həmsədrlərinə hörmətsizlik nümayiş etdirəcək. Ermənistanın necə bir acınacaqlı iqtisadi durumda olduğunu biz hamımız çox yaxşı bilirik. Bu ölkə Cənubi Qafqazın ən asılı ölkəsidir və iqtisadi baxımdan erməni diasporunun xarici yardımından asılıdır. Bugünkü vəziyyətdə Ermənistanın müstəqil qərar qəbul etməsinə heç kəs yol verməyəcək. Dağlıq Qarabağın “müstəqilliyini” tanıdığı halda, Ermənistan özü münaqişə törədəcək, bununla da müharibə yoluna qədəm qoyacaq. Bu isə indiki Serj Sarkisyan rejiminin terrorçu mahiyyətini, beynəlxalq hüququn nizamnamələrinin bu rejim üçün yalnız kağız parçası olduğunu bir daha sübut edəcək”.

A.Qut Azərbaycanın mövcud status-kvo ilə heç vaxt razılaşmayacağını bəyan etdiyini diqqətə çatdıraraq deyib: “Rəsmi Bakı sülh danışıqlarının başlanmasına hazırdır. Dünyada beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş normaları var. 1992-ci ildə Azərbaycan BMT-yə daxil olanda, Azərbaycan Respublikasının ərazi bütövlüyünün sarsılmazlığı və toxunulmazlığı təsdiq edilib. Bu gün Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Buna baxmayaraq, Azərbaycan danışıqlara hazırdır və qabaqca Ermənistandan Azərbaycanın Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən rayonların azad olunmasını tələb edir. Azərbaycan gələcəkdə Dağlıq Qarabağın status məsələsini həll etməyə və erməni əhaliyə Azərbaycan çərçivəsində dünyada olan ən yüksək muxtariyyət statusu verməyə hazırdır. Mən tez-tez Bakıda oluram və eşidirəm ki, Azərbaycanın Sarkisyan rejimindən əziyyət çəkən erməni xalqı ilə heç bir problemi yoxdur. Amma Cənubi Qafqazda ikinci erməni dövlətinin yaradılması qeyri-mümkündür. Dünya bunu başa düşür. Odur ki, dünya birliyi susmağa və Ermənistanın nazı ilə oynamağa son qoymalıdır”.

Arye Qutun fikrincə, bu gün Ermənistan geosiyasi və geoiqtisadi təcriddədir. İsrail eksperti fikrini belə yekunlaşdırıb: “Bu ölkə faktiki olaraq öz inkişafının əsirinə çevrilib. Gələcəyə inanmayan gənclər ölkəni tərk edirlər. Sarkisyan rejiminin yürütdüyü siyasət nəticəsində ölkədə vur-tut 1,5 milyon adam ya qalıb, ya da qalmayıb. Bu rejim öz xalqına qarşı “ağ soyqırımı” həyata keçirir. İndi isə Azərbaycana baxın. Bu ölkə dünya birliyinə özünün konfessiyaların dinc yanaşı yaşaması nümunəsini, multikulturalizm və tolerantlıq modelini təklif edir. Azərbaycan Prezidenti İlham Əliyev dünya birliyinə daim multikulturalizm ideyaları ilə müraciət edir, bunu Azərbaycan xalqının həyat tərzi sayır və mən deyərdim ki, multikulturalizmi və tolerantlığı dövlət səviyyəsinə qaldırıb. Maraqlıdır, görəsən kimsə Ermənistan prezidentindən etnik ermənilərdən başqa, demək olar, heç kəsin yaşamadığı, 1988-ci ildə 250 min azərbaycanlının cəmi bir gecədə öz dədə-baba torpaqlarında qovulduğu monoetnik Ermənistanın multikulturalizmi haqqında bəyanatlar eşidibmi?”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər