AŞPA ERMƏNİSTANA VAXT VERMİŞDİR
Prezident Robert Koçaryana etimadsızlıq göstərilməsi ilə əlaqədar dinc mitinqlərə qarşı zorakılıq tədbirlərini pisləmiş, ölkədə demokratik islahatların keçirilmədiyini, insan hüquqlarının pozulduğunu, mətbuat azadlığının boğulduğunu bildirmiş və baş vermiş hadisələrlə əlaqədar iqtidardan yazılı izahat tələb etmişlər. Məruzələrdə vaxtilə prezident seçkilərində ciddi pozuntular olması, hakimiyyətin Avropa Şurasının bununla bağlı etirazlarını qəbul etməməsi öz əksini tapmış və ölkə rəhbərliyindən vəziyyətin sabitləşməsi yolunda ciddi addımlar atmaq tələb olunmuşdur.
Məruzə ətrafında müzakirələrdə on deputat çıxış etmişdir. Onlar dinc mitinqlər zamanı polisin özbaşınalıq göstərdiyini, hətta qadınlara aman vermədiyini xüsusi qeyd etmiş, iqtidarla müxalifətin dialoqa girməyinin vacibliyini göstərmişlər. Çıxışlarda AŞPA-nın yanvar sessiyasında Ermənistan barədə çıxardığı qərarın yerinə yetirilməsini yoxlamaq üçün xüsusi ekspert qrupunun ölkəyə göndərilməsinin zəruriliyi vurğulanmış, hətta Ermənistanın qonşu Gürcüstanda baş vermiş “məxməri inqilab”dan nümunə götürməsi tövsiyə olunmuş, prezident və parlament seçkiləri ilə əlaqədar ölkənin Konstitusiyasında dəyişikliklər edilməsi məsələhət görülmüşdür. Son hadisələrə qədər Ermənistanda siyasi məhbusların olmaması göstərilirdisə, indi vəziyyət tamam dəyişmiş, yüzlərlə adam həbs edilmişdir. Çıxışlarda ölkədəki siyasi durumun çox ağır olması öz əksini tapmışdır. Bəzi çıxışlarda isə əhaliyə qarşı zor işlədilən ölkəyə qarşı sanksiyalar tətbiq olunması tələbi səslənmişdir.
Deputatların bəziləri isə iqtidarla müxalifətin dialoquna üstünlük vermiş, vəziyyətin yerində araşdırılması üçün istər monitorinq qrupunun, istərsə də xüsusi nümayəndənin Ermənistana göndərilməsinin vacibliyini bildirmiş və məsələnin həll edilməsi üçün Ermənistana sentyabr sessiyasına qədər vaxt verilməsi təklifini irəli sürmüşlər.
Ermənistanda baş vermiş hadisələrlə bağlı sessiyanın çıxardığı qətnaməyə düzəlişlər də deputatların qızğın müzakirəsinə səbəb olmuşdur. Erməni deputatların canfəşanlığına, etirazlarına baxmayaraq, bir çox düzəlişlər, o cümlədən, ölkədə kütləvi həbslərin keçirilməsi, vəziyyətin dinc yolla sabitləşdirilməsi üçün iqtidara sentyabr ayına kimi vaxt verilməsi, əks təqdirdə AŞPA-dakı Ermənistan nümayəndə heyətinin bütün səlahiyyətlərdən məhrum olunacağı qətnamə layihəsində öz əksini tapmışdır. Səsvermə zamanı deputatların əksəriyyəti bu düzəlişləri dəstəkləmişdir. Beləliklə, ölkədə yaranmış vəziyyətə son qoymaq üçün Ermənistana vaxt verilmişdir.