AŞPA-NIN AZƏRBAYCAN ÜZRƏ HƏMMƏRUZƏÇİLƏRİ ÖLKƏMİZƏ SƏFƏR EDƏCƏKLƏR
AZƏRTAC-ın xüsusi müxbiri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mətbuat xidmətinə istinadla xəbər verir ki, qurumun Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel (Estoniya) və Yevgeniya Jivkova (Bolqarıstan) mayın 18-dən 20-dək Bakıda səfərdə olacaqlar.