AŞQABADDA MİLLİ QURTULUŞ GÜNÜ İLƏ ƏLAQƏDAR MƏRASİM KEÇİRİLMİŞDİR
Tədbirdə Aşqabadda yaşayan soydaşlarımız, səfirliyin əməkdaşları, qardaş türkmən xalqının nümayəndələri iştirak etmişlər.
Mərasimin əvvəlində Azərbaycanın Dövlət himni səslənmiş, ümummilli lider Heydər Əliyevin xatiirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Sonra qonaqlar ulu öndərin həyat və fəaliyyəti ilə bağlı yaradılmış guşə ilə tanış olmuş, portreti qarşısına çiçək dəstələri düzmüşlər.
Azərbaycanın Türkmənistandakı səfiri Elxan Hüseynov mərasimə gələnləri salamlamış, türk dünyasının tanınmış simalarından birinin - Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında geniş məlumat vermiş, onu dünya siyasətində xüsusi yeri olan siyasətçi adlandırmışdır.
Səfir ulu öndərin 1993-cü ildə Azərbaycanın çətin vaxtında, dövlətçiliyimizin təhlükə qarşısında qaldığı bir zamanda xalqın tələbi ilə hakimiyyətə qayıtması, məhz onun sayəsində Azərbaycanın böhrandan çıxaraq inkişaf yolu tutmasından, ulu öndərin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində atdığı addımlardan söhbət açmışdır.
Çıxış edənlər Heydər Əliyevin Azərbaycanın müasir tarixində silinməz iz qoyduğunu qeyd etmiş, onun ideyalarının hələ neçə yüzilliklər yaşayacağını vurğulamışlar.
Mərasim iştirakçıları ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrü əhatə edən sənədli filmə tamaşa etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]