Aşqabadda “Türkmənistan Neft və Qaz - 2021” XXVI Beynəlxalq Konfransı keçiriləcək
Aşqabad, 25 oktyabr, AZƏRTAC
Oktyabrın 27-28-də Aşqabadda keçiriləcək “Türkmənistan Neft və Qaz - 2021” XXVI Beynəlxalq Konfransında 32 dövlətdən 100-ə yaxın şirkət və təşkilatın rəhbər və nümayəndələri iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, tədbir İngiltərənin “GaffneyCline” şirkətinin dəstəyi ilə “Türkmənqaz”, “Türkmənneft” Dövlət konsernləri və “Türkmengeologiya” Dövlət Korporasiyası tərəfindən “Türkmən Forumu” ASC-nin tərəfdaşlığı əsasında təşkil olunur.
Konfransda dünyada enerjinin gələcəyi, quruda və dənizdə investisiya layihələri, xüsusilə, “Qalkinış” yatağında yeni investisiya imkanları, onun geoloji modelinin yenilənməsi, eləcə də Türkmənbaşı neft emalı kompleksi istehsalat müəssisələrinin modernləşdirilməsi müzakirə ediləcək.
Konfransda “Dubai Expo 2020”dən canlı yayım olacaq. Sessiya həm Aşqabaddakı konfrans məkanında, həm də Türkmənistanın “Dubai Expo 2020” sərgi pavilyonunda keçiriləcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [22:29]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:25]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək
- 14.06.2026 [22:02]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [21:52]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [20:55]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:32]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [22:26]
15 İyun xalqın strateji seçimi idi – ŞƏRH
- 13.06.2026 [22:21]