ASTARA ŞƏHƏRİNDƏ 32 MƏNZİLLİ BİNA İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi günündə Astara şəhərində 32 mənzilli dördmərtəbəli yaşayış binası istifadəyə verilmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq inşa edilmiş yeni binanın mənzillərinin orderləri və açarları Qarabağ, Əfqanıstan müharibələri və Çernobl əlillərinə, şəhid ailələrinə təqdim edilmişdir.
Mərasimdə rayon icra hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər işçiləri, parlamentin deputatı, müharibə əlilləri və şəhid ailələrinin nümayəndələri çıxış edərək, ümummilli liderimizin doğum günündə 32 ailəyə sevinc bəxş etdiyinə görə ölkəmizin başçısına minnətdarlıqlarını bildirmişlər. Natiqlər qarşıdan gələn prezident seçkilərində İlham Əliyevə alternativ görmədiklərini bəyan etmişlər.
Smeta dəyəri 1 milyon 53 min manat olan üç və ikiotaqlı mənzillərdən ibarət yeni binada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]