ASTARADA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 85 İLLİYİNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Astara Rayon İcra Hakimiyyətində ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş toplantı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanında ulu öndərin abidəsi önünə gül dəstələri düzmüş, əziz xatirəsini ehtiramla yad etmişlər.
Yığıncaqda “Qüdrətli şəxsiyyət, həmişəyaşar lider” mövzusunda məruzə dinlənilmiş, çıxış edənlər dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalq və Vətən qarşısında əvəzolunmaz xidmətlərini yüksək qiymətləndirmiş, ulu öndərin siyasi kursunun dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini vurğulamış, bu ilin payızında keçiriləcək prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bildirmişlər.
Mərasimdə ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmək üçün Bakı şəhərinə yürüş etmiş müəllimlərə rayon icra hakimiyyəti başçısının fəxri fərmanları və qiymətli hədiyyələr təqdim edilmişdir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilmişdir.