Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ata vəsiyyətinə əməl edən Qalib Sərkərdə, qayğıkeş Dövlət Başçısı

Ata vəsiyyətinə əməl edən Qalib Sərkərdə, qayğıkeş Dövlət Başçısı

Naxçıvan, 16 may, Rauf Kəngərli, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin Naxçıvan Muxtar Respublikasına çox böyük geostrateji əhəmiyyətə malik bir məkan kimi xüsusi diqqət və qayğısını uğurla davam etdirir. Bunu İlham Əliyevin on yeddi illik prezidentlik dövründə on beş dəfə, demək olar ki, hər il müxtəlif vaxtlarda muxtar respublikaya səfər etməsi də təsdiqləyir. Prezident İlham Əliyevin bu il mayın 10-da - ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü günü Naxçıvana səfəri isə bir sıra mühüm hadisələrlə rəmzi xarakter daşıyır.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultan deyib. O bildirib ki, tarixi Zəfər sonrası dövlət başçımızın Ümummilli Liderin ilk doğum gününü Naxçıvanda qeyd etməsi xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev dahi şəxsiyyətin layiqli siyasi varisi kimi ata vəsiyyətinə ləyaqətlə əməl edərək təkcə Qarabağı erməni işğalından qurtarmadı, eyni zamanda, Naxçıvanın da otuz illik blokadadan azad olunması istiqamətində mühüm addım atdı, Naxçıvanın da Qarabağ qədər əhəmiyyətli, əziz olduğunu təsdiqlədi. Bu səfər Ali Baş Komandanımızın ata yurduna qalib və məğrur sərkərdə kimi səfəri idi. Eyni zamanda, Prezidentin Naxçıvana Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra ilk dəfə Ulu Öndərin doğum günündə səfər etməsi Azərbaycanın qazandığı bugünkü uğurlara görə borclu olduğumuz dahi şəxsiyyəti - Heydər Əliyevi bəxş etmiş ata yurduna, qədim və ulu Naxçıvana minnətdarlıq duyğusu, mənəvi varislik borcundan doğan bir addım idi.

Mehriban Sultan vurğulayıb ki, dövlət başçısının Naxçıvana səfəri dünyanın pandemiya böhranı məngənəsində boğulduğu, iqtisadi tənəzzül yaşadığı bir dövrdə müharibədən yenicə çıxmış Azərbaycanda muxtar respublikanın timsalında sosial-iqtisadi inkişafın əvvəlki dinamik templə davam etdiyini təsdiqləmiş oldu. Səfər çərçivəsində Prezident İlham Əliyevin Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak etməsi blokada dövründə Naxçıvanın yeganə nəqliyyat əlaqəsinin hava yolları olduğunu, insanların gediş-gəliş üçün necə deyərlər, “havadan asılı qaldığı” illəri, bu gün isə istənilən hava şəraitində beynəlxalq aviareyslərin belə təhlükəsiz həyata keçirilməsi üçün müasir şəraitin yaradıldığını əyani şəkildə bir daha sərgilədi. Yeni uçuş-enmə zolağı qədim diyarımızın yaxın gələcəkdə turistləri, beynəlxalq tədbir iştirakçılarını yüksək səviyyədə qarşılayıb-yola salmağa imkan verəcək. Prezident Azərbaycan xalçaçılıq sənəti tarixində özünəməxsus yeri və rolu olan Naxçıvan xalçaçılıq məktəbinin yaşadılması və inkişaf etdirilməsi, yun və təbii boyaq bitkilərinin tədarükü üçün yerli xammal ehtiyatından səmərəli istifadə etmək məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, uzunluğu 50 kilometr olan Culfa-Ordubad magistral avtomobil yolunun, muxtar respublikada heyvandarlığın inkişafı məqsədilə yaradılan, ölkə üzrə ikinci Süni Mayalanma Mərkəzinin, 13 min 500 sakini beynəlxalq standartlara cavab verən təmiz içməli su ilə təmin edəcək “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışlarında da iştirak etdi. Eyni zamanda, Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri, ictimai xidmətlər sahəsində çox önəmli bir təsisat sayılan, Naxçıvanda informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqi istiqamətində görülən işlərin davamı olan “ASAN xidmət” Mərkəzinin tikintisi ilə tanışlıq oldu, milli brendimiz sayılan DOST Mərkəzinin Naxçıvanda da yaradılması ilə bağlı qərar qəbul edildi.

“Prezident İlham Əliyevin növbəti səfərinin digər bir rəmzi mənası Vətən müharibəsi sonrası ordusu, saxta hərbi imici tamamilə darmadağın edilən Ermənistandan fərqli olaraq, Azərbaycanın hərbi qüdrətini daha da gücləndirmək istiqamətində ordu quruculuğunun uğurla, düşünülmüş şəkildə davam etdirilməsi ilə əlaqədardır. Dövlətimizin başçısının iştirakı ilə Naxçıvan Muxtar Respublikası kimi strateji bölgədə Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışı dediklərimizin sübutudur. Xatırladaq ki, müstəqil Azərbaycanın bugünkü müzəffər ordusunun təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi qəbul etdiyi ilk qərarla Naxçıvanda Dövlət Milli Müdafiə Komitəsinin yaradılması ilə qoyulmuşdu. Vaxtilə Naxçıvan ərazisində yerləşən Rusiya Federasiyası Silahlı Qüvvələrinin 75-ci motoatıcı diviziyasının silah və texnikasının, yaşayış binalarının 1992-ci ilin iyul-avqust aylarında Ümummilli Liderin müdrik siyasəti nəticəsində Müdafiə Komitəsinə təhvil verilməsi düşmənlə təkbətək və əliyalın mübarizə aparan, ozamankı ölkə rəhbərliyi tərəfindən tamamilə tərk edilmiş bir diyarda ordu quruculuğu baxımından ideal addım, tarixi zərurət idi”, - deyən Mehriban Sultan vurğulayıb ki, bu gün muxtar respublikanın ordu potensialı aviasiya texnikalarının qəbul edilməsi və saxlanmasından tutmuş müasir silah və texnika ilə təchizat baxımından əksər ölkələrin regionlarında olmayan nəhəng hərbi aerodromun yaradılmasını zərurətə çevirib. Digər yeni istifadəyə verilən müasir hərbi infrastruktur isə müasir tibbi avadanlıqla təchiz edilən 290 çarpayılıq Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı - Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsi oldu. Xəstəxananın istifadəyə verilməsi, 2021-2022-ci tədris ilindən etibarən Naxçıvan Dövlət Universitetində Hərbi tibb ixtisası üzrə kadr hazırlığına başlanması muxtar respublikada hərbi tibbi xidmət səviyyəsinin də yüksəldilməsinə öz töhfəsini verəcək.

Mehriban Sultan bildirib ki, kontinental iqlimə malik Naxçıvanın vaxtilə mənfur düşmənin naqis əməllərinə görə elektrik enerjisinə və mavi yanacağa həsrət qalması üzündən burada həyat ritmi tamamilə pozulmuş, insanların intellekt potensialı, yaradıcılıq əmsalı, fiziki və mənəvi sağlamlığı iflic vəziyyətinə salınmışdı. Bu gün isə Heydər Əliyev siyasətinin uğurlu davamının bəhrəsidir ki, muxtar respublikada enerji təhlükəsizliyi tam təmin edilib. Prezident İlham Əliyev Araz çayı üzərində tikilən Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanışlığı muxtar respublikanın enerji təchizatının çox yaxında tamamilə alternativ enerji mənbələri hesabına ödəniləcəyinə zəmanət verir. Ümumiyyətlə, yeni istifadəyə verilən obyektlər ölkəmizdə, eləcə də muxtar respublikamızda inkişaf strategiyasının uğurla və davamlı həyata keçirildiyini, Naxçıvan özünün ərzaq, enerji, müdafiə və informasiya təhlükəsizliyinə nail olduğunu, burada ordu quruculuğuna xüsusi diqqət yetirildiyini təsdiqlədi. Hər yeni obyektin, eyni zamanda, yeni iş yeri demək olduğunu nəzərə alsaq, onda bütün bunların həm də insan amilinə verilən yüksək dəyərin ifadəsi olduğunu görmüş oluruq. Prezident İlham Əliyevin dediyi kimi: “Burada, Naxçıvan Muxtar Respublikasında bir çox önəmli tədbirlərdə, açılışlarda iştirak etdim. Respublika inkişaf edir, çiçəklənir, bütün məsələlər öz həllini tapır - təhlükəsizlik, sosial-iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, infrastruktur. Biz bundan sonra da bu yolla gedəcəyik ki, ölkəmizin hər bir yerində, əlbəttə ki, bizim tarixi diyarımız olan Naxçıvan Muxtar Respublikasında işlər həmişə yüksək səviyyədə görülsün, insanlar daha da yaxşı yaşasınlar və ölkəmiz daha da güclənsin”.

Səfər zamanı Ordubad dəmir yolu stansiyası ilə tanışlıq ölkə başçısının da müsahibəsində vurğuladığı kimi təsadüfi deyil. Zəngəzur dəhlizinin açılması istiqamətində tarixi addım olduğunu söyləyən Mehriban Sultan qeyd edib ki, işğalçı Ermənistanın son 30 il ərzində ölkəmizə qarşı törətdiyi mənəvi, hüquqi, iqtisadi terrorlardan biri Naxçıvanı ərazi etibarilə Azərbaycandan ayrı salmaq idi. Düzdür, xilaskarımız olan Ulu Öndərin, onun ətrafında sıx birləşən, bir yumruğa dönən naxçıvanlıların şücaəti sayəsində düşmən bu qədim Azərbaycan diyarını diz çökdürə, boyun əydirə, işğal edə bilmədi. Lakin ata-baba torpağımızdan keçib öz ölkəmizə getməyə həsrət qaldıq. Nəhayət məşhur qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərindəki “Bu yerlərdə qatarlar Şərqdən Qərbə, Qərbdən Şərqə gələr gedər... gedər gələrdi” frazası ilə bütün dolğunluğu ifadə edə biləcəyimiz bu nisgilə də son qoyulacaq. Prezident İlham Əliyevin dediyi kimi: “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq”.

Mehriban Sultan deyib: “Dövlət başçısının muxtar respublikaya hər səfəri, buradakı quruculuq, inkişaf prosesi ilə tanış olması, dövlət siyasətinin, xüsusilə də yeni sosial-iqtisadi layihələrin uğurla həyata keçirilməsi ilə bağlı yüksək təəssüratla ayrılması həm də Naxçıvanın uğurlu tarixi hesabatıdır. Bu mənada, dövlət başçımızın son səfəri zamanı keçirilən tədbirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul etməsinin davamı olan növbəti uğurlu hesabat kimi də dəyərləndirmək olar. Həmin qəbul zamanı müzakirə olunan məsələlərdən biri də Naxçıvanın təhlükəsizliyi, ordu quruculuğunun ardıcıl davam etdirilməsi ilə bağlı idi. Dövlətimizin başçısı son səfərində verdiyi müsahibədə bu istiqamətdə görülən işlərə toxunaraq, İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçilərinin fəal iştirak etməsini, şəhidlər verməsini, böyük fədakarlıq göstərməsini qürurla xatırlatdı. Müsahibədə ilk dəfə olaraq o da bildirildi ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də cəbhəyə göndərilmişdir. Prezidentin “Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır” mesajı “dəmir yumruq” altında can verən, bununla da Naxçıvan iştahası da ömürlük gözündə qalan düşmənə daha bir ölümcül zərbə oldu”.

Bəhs etdiyimiz qəbul zamanı 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, Culfa-Ordubad yolunun, Süni Mayalanma Mərkəzinin tikintisi və digər məsələlərlə bağlı qaşıya qoyulan vəzifələr Prezident İlham Əliyevin mayın 10-da etdiyi səfər zamanı reallığa çevrildi. Bu, muxtar respublikada ümummilli lider Heydər Əliyev ideyalarının, bu ideyaların davamı olan müasir dövlət siyasətinin dəqiqlik və sədaqətlə həyata keçirildiyini bir daha təsdiqlədi. Dövlət başçısının son səfəri bütünlüklə onu isbat etdi ki, Naxçıvan Muxtar Respublikasında daha sürətli inkişaf istiqamətində görülən işlər muxtar respublikanın inkişafında yeni mərhələnin əsasını qoyub. Prezident İlham Əliyevin də dediyi kimi: “...Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb