Atletika yarışlarının sonuncu gününə start verilib
Bakı, 20 may, AZƏRTAC
Mayın 20-də IV İslam Həmrəyliyi Oyunlarının Bakı Olimpiya Stadionunda keçirilən atletika yarışlarının sonuncu gününə start verilib.
AZƏRTAC xəbər verir ki, hazırda kişilər arasında kürəitələmə və T11 kateqoriyasında uzunluğa tullanma yarışlarının final mərhələsi keçirilir.
Ölkəmizi kürəitələmə yarışında Tofiq Məmmədov, uzunluğa tullanma yarışında isə Elçin Muradov və Zeynidin Bilalov təmsil edirlər.
Günün birinci yarısında, həmçinin qadınlar arasında 10 min metr məsafəyə qaçış yarışının final mərhələsi keçiriləcək.