ELM VƏ TƏHSİL
Attestatların verilməsinə başlanılıb
Bakı, 3 iyul, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatların verilməsinə başlanılıb.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik və imtahan qiymətləri yazılıb. Tam orta təhsil haqqında attestatda isə şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunub.
Xatırladaq ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.
2017-ci ildən etibarən IX sinfi başa vuran məzunlara şəhadətnamə deyil, attestat təqdim olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [18:42]
BDU Türkiyənin Atatürk Universiteti ilə əməkdaşlığa başlayır
- 21.05.2024 [18:37]
BDU-da “Çin dili körpüsü” müsabiqəsi keçirilib
- 21.05.2024 [18:31]
Abbasqulu Ağa Bakıxanovun 230 illik yubileyinə həsr edilən tədbir keçirilib
- 21.05.2024 [18:11]