AVARÇƏKMƏ ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİNDƏ 120-DƏK İDMANÇI MÜBARİZƏ APARACAQDIR
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 12-də Mingəçevir şəhərindəki “Kür” Təlim-Tədris Mərkəzində yeniyetmələr arasında akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə respublika birinciliyinin startı veriləcəkdir.
Üç gün davam edəcək ölkə birinciliyində 1990-91, 1992-93 və 1994-95-ci il təvəllüdlü idmançılar mübarizə aparacaqlar.
Çempionatda ilk dəfə 7 klub və cəmiyyəti təmsil edən 120-dən çox idmançı mükafatlar uğrunda mübarizəyə qatılacaqdır. Yarışlara ilk dəfə olaraq qadın avarçəkənlər də qoşulacaqlar. Akademik avarçəkmə növündə 5, kayak növündə isə 1 qız idmançı qüvvəsini sınayacaqdır.
Ölkə birinciliyi 2012-ci il Sinqapur Yay Olimpiya oyunlarına lisenziya xarakterli yarışlara hazırlıq və daha istedadlı avarçəkənlərin seçimi məqsədi ilə təşkil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]