Avrasiya çempionatında bütün idmançılar yüksək əzmkarlıq və peşəkarlıq nümayiş etdiriblər
Bakı, 28 mart, Leyla Qurbanova, AZƏRTAC
Aşihara karate üzrə Avrasiya çempionatında Azərbaycan komandasının bütün üzvləri medal qazanaraq böyük qələbəyə imza atdılar. Sevindirici haldır ki, əldə edilən 11 medalın 6-sı qızıldır.
Bunu aşihara karate üzrə Azərbaycan yığmasının məşqçisi Cavid Əsgərov Antalyada keçirilmiş yeniyetmələr, gənclər və böyüklər arasında Avrasiya çempionatında idmançılarımızın qazandıqları uğurlarla bağlı AZƏRTAC-a müsahibəsində deyib.
Məşqçi bildirib ki, ölkəmizdə döyüş növlərinə böyük maraq var. Uşaq və yeniyetmələr aşihara karate ilə də böyük həvəslə məşğul olurlar. Çempionatda Musa Musazadə qızıl medal almaqla yanaşı, yarışların ən texnikalı idmançısı adına layiq görüldü. Yeddi yaşlı Məhəmməd Əsgərov daha ağır çəkili rəqibinə qalib gəldi. Avrasiya çempionatında bütün idmançılarımız yüksək əzmkarlıq və peşəkarlıq nümayiş etdirdilər.
“Hazırda komandada çoxlu perspektivli idmançılar var. 2020-ci ildə aşihara karate üzrə dünya çempionatı keçiriləcək. Komandamızın həmin nüfuzlu yarışda iştirakını təmin etmək üçün hazırlığı davam etdiririk. İdmançılarımız bundan əvvəl dünya çempionatında uğurla çıxış ediblər”, - deyə C.Əsgərov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [21:30]
Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]