AVROPA EKOLOGİYA TƏŞKİLATLARI KAĞIZA QƏNAƏT ETMƏYƏ ÇAĞIRIRLAR
AZƏRTAC xəbər verir ki, Avropanın əllidən çox ictimai ekologiya təşkilatı lüzumsuz kağız istehlakına yol verməmək çağırışı ilə layihə təşkil etmişdir.
Son yarım əsrdə dünyada kağız məhsullarının istehlakı dörd dəfə artmışdır. Lakin, güman etmək olardı ki, hazırda, kompyuterlər dövründə müasir texnologiyalar kağıza qənaət üçün böyük imkanlar yaradır.
Layihə çərçivəsində yaradılmış saytda kağızdan səmərəli istifadənin vaxta və vəsaitə qənaət edilməsinə gətirib çıxara biləcəyindən söhbət açılır. Saytda kağıza qənaət etməyə imkan verən bir neçə qaydanı yerinə yetirmək barədə öhdəlik götürmək imkanı vardır: küçədə reklam vərəqələrini götürməmək, ikitərəfli çap üsulunu seçmək, sənədləri yalnız zərurət yarandıqda çap etmək. Bundan əlavə, sayt verdiyiniz vədin nə qədər ağaca, suya, kömürə və pula qənaət etməyə kömək göstərə biləcəyi haqqında məlumat verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]