DÜNYA
Avropa İttifaqı Bosniya və Herseqovinadakı qaçqın düşərgəsini ləğv etməyi tələb edir
Sarayevo, 20 noyabr, AZƏRTAC
Avropa Birliyi ölkələrinin rəhbər nümayəndələri Bosniya və Herseqovinadakı Vujçak qaçqın düşərgəsini ləğv etməyi tələb edir.
AZƏRTAC xəbər verir ki, sözügedən düşərgədəki şəraitin insan həyatı üçün yararsız olduğu dəfələrlə təkrarlansa da, ölkə rəhbərliyi hansısa dəyişikliyi etməkdə aciz qalıb.
Vətəndaş müharibəsi dövründə minalanmış ərazidə yerləşən bu düşərgədə havalar soyuduqca vəziyyət daha da dözülməz hal alıb. Lakin sərhədlərini bağlayan qonşu ölkələr miqrantları qəbul etmədikcə Bosniya və Herseqovina çarəsiz durumda qalır. Habelə miqrantlarla yerli əhali arasında da mütəmadi olaraq problemlər yaşanır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [22:37]
Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb
- 02.07.2024 [20:22]
Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir
- 02.07.2024 [19:14]
Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var
- 02.07.2024 [18:20]
Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb
- 02.07.2024 [18:07]
Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb
- 02.07.2024 [18:06]
Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir
- 02.07.2024 [17:42]