Avropa kuboku: iki cüdoçumuz gümüş medal qazanıb
Bakı, 17 iyul, AZƏRTAC
Praqada keçirilən gənc cüdoçular arasında Avropa kuboku uğrunda turnir davam edir.
AZƏRTAC xəbər verir ki, turnirdə iki idmançımız - Qasım Vəlizadə və Rəşad Quluzadə gümüş medal qazanıblar. Belə ki, Qasım Vəlizadə (60 kq) finalda gürcü Giorgi Sardalaşviliyə məğlub olaraq gümüş medalla kifayətlənib.
Turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən Rəşad Quluzadə isə finalda Niderland təmsilçisi Dilyan Van Der Kolk ilə üz-üzə gəlib. Cüdoçumuz həlledici mərhələdə məğlub olaraq ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan turnirə 11 cüdoçu ilə qatılıb. Oğlanların yarışında ölkəmizi Cavid Piriyev, Qasım Vəlizadə (60 kq), Rəşad Quluzadə (66 kq), Murad Bəşirov (73 kq), İbrahim Ağakişiyev (81 kq), Ruslan Səfxanov (90 kq) və Yaqub İsmayılzadə (+100 kq) təmsil edirlər. Qadın cüdoçularımızdan isə yarışda Gülşən Bəşirova, Könül Əliyeva (48 kq), Səbinə Əliyeva (52 kq) və Nərmin Əmirli (+78 kq) mübarizə aparırlar.
Turnirə iyulun 18-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [22:55]
Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib
- 17.10.2026 [21:59]
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO
- 17.10.2026 [21:39]
Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib
- 17.10.2026 [21:31]
“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik
- 17.10.2026 [20:54]
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
- 17.10.2026 [20:45]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [19:32]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]