İDMAN
Avropa Kuboku: “Sabah” son oyununda İsveç klubunu məğlub edib
Bakı, 14 noyabr, AZƏRTAC
"Sabah" basketbol komandası FIBA Avropa Kubokunda sonuncu oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, G qrupunda yer alan Bakı klubu səfərdə İsveçin "Norrçöpinq Dolfins" kollektivi ilə qarşılaşıb.
Görüş Azərbaycan çempionunun 83:75 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında Bakıda keçirilmiş qarşılaşma 74:70 hesabı ilə rəqibin xeyrinə başa çatmışdı.
Qeyd edək ki, "Sabah" daha əvvəl Yunanıstanın "Marussi" (70:82, 71:82) və Belçikanın "Spiru" komandalarına (68:78,81:82) da məğlub olub.