“Avropa Liqası-2019” layihəsinin nümayəndələri Bakıda səfərdədirlər
Bakı, 3 iyul, AZƏRTAC
Futbol üzrə Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq prosesi ilə tanış olmaq məqsədilə UEFA-nın “Avropa Liqası-2019” layihəsinin nümayəndələri Bakıda səfərdədir.
AZƏRTAC xəbər verir ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda AFFA-nın əməkdaşları, yerli əməliyyat qrupunun üzvləri və UEFA-nın müvafiq layihəsinin nümayəndələri arasında görüş keçirilib. Final qarşılaşmasına hazırlıq işləri barədə ətraflı məlumat verilib, geniş fikir mübadiləsi aparılıb.
On səkkiz nəfərdən ibarət nümayəndə heyətinin səfəri iyulun 5-dək davam edəcək.