RƏSMİ XRONİKA
Avropa Parlamentinin deputatı, Litva Respublikası Seyminin sabiq sədri Vitautas Landsberqisdən
Hörmətli cənab Prezident,
İcazə verin, Sizi Azərbaycanı Avropa ailəsinin siyasi dəyərlərinə qovuşdurmaq sahəsində işinizi davam etdirməyiniz münasibətilə təbrik edim. Eyni zamanda, Sizinlə Avropa İttifaqının Vilnüs Sammitində görüşəcəyimə ümid bəsləyirəm. Azərbaycan Avropa yolunda özünə bir qədər fərqli seçim etsə də, hər bir fürsətdən faydalanmalıdır. Bizim üçün ən dəyərli cəhət birlikdə olduğumuzu nümayiş etdirməkdir.
Sizə və ölkənizə uğurlar arzu edirəm.
Hörmətlə,
Vitautas Landsberqis
Avropa Parlamentinin deputatı,
Litva Respublikası Seyminin sabiq sədri