Avstraliyada qasırğa səbəbindən 130 min ev işıqsız qalıb
Bakı, 26 dekabr, AZƏRTAC
Avstraliyanın Kvinslend ştatında baş verən fırtına səbəbindən 130 mindən çox evin elektrik enerjisi kəsilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ştatın hökumət başçısı Stiven Maylz özünün sosial media hesabında yazıb.
“Hazırda 130 mindən çox ev və müəssisə işıqsız qalıb. Qəza briqadaları elektrik enerjisini bərpa etmək üçün çalışmaları davam etdirir”, - deyə Stiven Maylz bildirib.
Qeyd edək ki, gecə saatlarında dolu və yağışla müşayiət olunan qasırğa Kvinslend ştatını vurub. Avstraliya Meteorologiya Bürosunun məlumatına görə, küləyin sürəti saniyədə 30 metrə çatıb. Güclü külək yüzlərlə evə zərər vurub, bir qadın aşan ağacın altında qalaraq ölüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]