Avstriyada dəmiryolçular bir sutkalıq ümumölkə tətilinə çıxıblar
Vyana, 28 noyabr, AZƏRTAC
Avstriya dəmiryolçularının bir sutkalıq tətilə çıxması səbəbindən ölkədə ictimai nəqliyyat iflic vəziyyətinə düşüb.
AZƏRTAC xəbər verir ki, Avstriyada Federal Dəmir Yolları (ÖBB) və Həmkarlar İttifaqı (Vida) arasında maaşların artırılmasına dair danışıqlarda razılaşma əldə edilmədikdən sonra, Vida bütün ölkə üzrə dəmiryolçuları tətilə çağırıb. Noyabrın 28-dən saat 00.00-dan başlayan tətil regional, beynəlxalq və gecə qatarlarına da şamil olunur.
ÖBB artıq bir neçə gündür sərnişinlərə noyabrın 28-dəki mümkün tətil barədə xəbərdarlıq edərək, alternativ səfər imkanlarından istifadə etməyi xahiş edirdi. Lakin əhalinin sıx yaşadığı regionlarda, əsasən də Vyana və Zalsburq şəhərlərində nəqliyyatda vəziyyət gün ərzində kritik həddə çata bilər.
Qeyd edilməlidir ki, maaşların 8,44 faiz artırılması tələbinə rədd cavabı alan həmkarlar ittifaqı ölkə üzr 40 mindən artıq dəmiryolçunu tətilə çağırıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]