Avstriyada dəmiryolçuların ümummilli tətili keçirilir
Bakı, 28 noyabr, AZƏRTAC
Bu gün "Avstriya Dəmir Yolları" nəqliyyat şirkəti işçilərinin ümummilli tətili keçirilir. Tətil gecə yarısına qədər davam edəcək.
AZƏRTAC “Der Standard” qəzetinə istinadla xəbər verir ki, tətil səbəbindən bütün ölkə üzrə qatarların hərəkəti dayandırılıb, qonşu dövlətlərlə dəmir yolu əlaqəsi kəsilib. “Avstriya Dəmir Yolları”nın 50 minə yaxın əməkdaşı işə çıxmayıb. Sərnişinlərin istifadə edə bilməyəcəyi biletlər dekabrın 5-dək etibarlı olacaq.
Etiraz aksiyası bələdiyyə nəqliyyat kompaniyaları tərəfindən idarə olunan Vyana metrosuna və şəhərin tramvay xətlərinə təsir göstərmir.
Tətilə dəmiryolçuların həmkarlar ittifaqının əməkhaqqını 400 avro artırmaq tələbi səbəb olub. Bu, nəqliyyat kompaniyasının təxminən 430 min əməkdaşını əhatə etməli idi. İşəgötürənin maraqlarını təmsil edən Avstriya İqtisadiyyat Palatası bu təklifi rədd edərək, min avro məbləğində birdəfəlik bonus ödənilməklə, maaşın 200 avro artırılmasına razılıq verib. Danışıqların bazar günü keçirilən beşinci raundu zamanı həmkarlar ittifaqlarının nümayəndələri bu şərti qəbul etməyib və tətil keçirilməsi elan olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]