Azərbaycan – İsveç oyunu qadın hakimə tapşırılıb
Bakı, 13 noyabr, AZƏRTAC
AVRO-2024-ün seçmə mərhələsində Bakıda Azərbaycan və İsveç yığmaları arasında keçiriləcək oyunun təyinatları açıqlanıb.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına həvalə olunub.
Matçı qadın referi Ester Ştaubli idarə edəcək. Onun köməkçiləri Yonas Erni və Süzanna Künq olacaqlar. Dördüncü hakim funksiyasını Mirel Turkes yerinə yetirəcək. VAR sisteminə Lukas Fandrix nəzarət edəcək. Lionel Tsçudi isə onun köməkçisi olacaq.
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - İsveç oyunu saat 21:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]