Azərbaycan Basketbol Liqası: “Xəzri”dən növbəti qələbə
Bakı, 13 dekabr, AZƏRTAC
"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) VIII turunun açılış oyunu baş tutub.
AZƏRTAC xəbər verir ki, günün yeganə qarşılaşmasında "Xəzri" və "Sərhədçi" komandaları üz-üzə gəliblər. Daha üstün oyun nümayiş etdirən "Xəzri" yekunda 117-100 hesablı qələbə qazanıb.
Qalib komandadan ən məhsuldar basketbolçu 28 xal, 4 ribaundla Mark Vital, nominal qonaqlardan isə 24 xal, 14 ribaundla Cəbrayıl Əkbərov olub.
Qeyd edək ki, turun növbəti oyunları dekabrın 15, 16 və 17-də keçiriləcək.