AZƏRBAYCAN BEYNƏLXALQ SƏHİYYƏ SƏRGİSİ AÇILMIŞDIR
Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev və səhiyyə naziri Əli İnsanov açılış mərasimində çıxış edərək, Azərbaycan təbabətinin nailiyyətlərinin göstərilməsi, ölkəmizin səhiyyəsinə yeni texnologiyaların, sərmayələrin cəlb olunması üçün belə sərginin əhəmiyyətindən danışdılar. Onlar belə genişmiqyaslı və ənənəvi sərginin keçirilməsinin ölkədəki mövcud ictimai-siyasi sabitlik, iqtisadiyyatda islahatların aparılması sayəsində mümkün olduğunu vurğuladılar. Fərəhli faktdır ki, bu sərgidə iştirak edən Azərbaycan şirkətlərinin sayı ildən-ilə artır.
Əli İnsanov Prezident Heydər Əliyevin müalicə keçdiyi Klivlend klinikası ilə müntəzəm əlaqə saxladığını bildirərək dedi ki, hazırda dövlətimizin başçısı müalicəsini başa çatdırır və reabilitasiya dövrünü keçir. O, tezliklə Vətənə dönəcək, prezident seçkilərində iştirak edəcəkdir.
Açılış mərasiminin iştirakçıları sonra sərginin ekspozisiyası ilə tanış oldular.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]