Azərbaycan boksçusu Avropa çempionatının dörddəbir finalına yüksəlib
Bakı, 11 mart, AZƏRTAC
Rusiyanın Vladiqafqaz şəhərində keçirilən 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha üç boksçusu rinqə çıxıb. Yığma üzvlərindən Ruslan Rüstəmovun (60 kq) debütü uğurlu alınıb. Boksçumuz israilli Bişar Sabbara 5:0 hesabı ilə qalib gəlib. O, dörddəbir finalda Dmitri Tsaşkeviç (Belarus) ilə üz-üzə gələcək. Döyüş martın 13-də olacaq.
Cəbrayıl Yelekov (81 kq) da Avropa çempionatına qələbə ilə başlayıb. Boksçumuz səkkizdəbir finalda Dmitri Koskyuq (Moldova) ilə görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb. Təmsilçimiz növbəti döyüşünü martın 13-də bolqarıstanlı Kristin Nikolova qarşı keçirəcək.
Bəxtiyar Qazıbəyov (64 kq) isə ikinci qarşılaşmada ispaniyalı Adrian Kreusa 2:3 hesabı ilə uduzub.