Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycan dili” platformasının təqdimat mərasimi keçirilib

Bakı, 28 dekabr, Göyçək Mahmudlu, foto İlkin Cavanşirov, AZƏRTAC

Dekabrın 28-də Azərbaycan Dillər Universitetində “Azərbaycan dili” platformasının təqdimat mərasimi keçirilib. Layihənin ideya müəllifi və rəhbəri Alyona Əliyevadır.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və layihənin ideya müəllifi və rəhbəri Alyona Əliyeva iştirak ediblər.

Əvvəlcə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla qonaqlara universitetin fəaliyyəti haqqında məlumat verib. Azərbaycan Dillər Universitetinin muzeyinə baş çəkən qonaqlar muzeyin fəaliyyəti ilə tanış olub, eksponatlar haqqında məlumatlandırılıblar.

Təqdimat mərasimində çıxış edən Kamal Abdulla platformanın Azərbaycan dilinin qorunması, inkişafı və müasir rəqəmsal mühitdə təbliği baxımından əhəmiyyətindən bəhs edib.

"Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı söylədiklərinin fonunda bu cür platformanın realizə olunmasına böyük ehtiyac var idi. Universitetin alimləri və gənc mütəxəssisləri bu işi şərəflə yerinə yetirdilər.

Azərbaycan Dillər Universiteti olaraq Azərbaycan dilinin, mədəniyyətinin, multikulturalizm modelinin xarici ölkə universitetlərində mərkəzlərini yaradır, o mərkəzlərdə dilimizi həmin ölkənin gənclərinə öyrədirik. Belə platforma və layihələrin yaranması faktiki olaraq Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlərlə bağlıdır. Platformaların bir-biri ilə əlaqəsi vacibdir. Çünki ən müxtəlif instansiyalarda, universitetlərdə, qurumlarda, nazirliklərdə dövlətimizin başçısının göstərişlərinə, tövsiyələrinə əsasən müəyyən işlər aparılır. Amma təəssüf ki, həmin platforma və layihələr bir-birindən xəbərsiz şəkildə həyata keçirilir. Arzu edirəm ki, həmin platformalar bir-birini dəstəkləsin, tamamlasın, hər biri sürəklilik nümayiş etdirsin. Bunun üçün Koordinasiya Şurasının yaradılması arzuolunandır. Belə olan halda Prezident İlham Əliyevin göstərişlərini daha məqsədyönlü şəkildə həyata keçirə bilərik", - deyə K.Abdulla vurğulayıb.

Layihənin ideya müəllifi və rəhbəri Alyona Əliyeva çıxışı zamanı təhsilin cəmiyyətimizdə vacib rola malik olduğunu bildirib. O, platformanın təqdimatı münasibətilə hər kəsi təbrik edib. Layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Azərbaycan Dillər Universitetinə, o cümlədən layihənin bütün iştirakçılarına minnətdarlığını bildirib.

Daha sonra Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova və layihənin koordinatoru Səbinə Əliyeva “Azərbaycan dili” platformasının təqdimatını ediblər. Təqdimatda platformanın yaradılma məqsədləri, funksional imkanları və müxtəlif yaş və istifadəçi qrupları üçün nəzərdə tutulmuş məzmunu barədə ətraflı məlumat verilib.

Tədbirdə təbrik nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan dili” platformasının dövlət dilinin öyrədilməsi və tədrisinin keyfiyyətinin artırılmasına, həmçinin rəqəmsal təhsil resurslarının genişləndirilməsinə mühüm töhfə verəcəyini bildirib. Nazir bu cür təşəbbüslərin Azərbaycan dilinin müasir çağırışlara uyğun inkişafında xüsusi rol oynadığını vurğulayıb.

Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması istiqamətində tapşırıqlarına uyğun olaraq ölkəmizdə görülən işlərdən bəhs edən nazir bildirib: “Platformanın mahiyyəti ana dili Azərbaycan dili olmayan insanlara da bizim dili öyrətməkdən ibarətdir. Azərbaycan dili kifayət qədər geniş əhatəyə malikdir. 50 milyondan çox insan həmin dildə danışır. Bu dilin mənimsənilməsi bir neçə baxımdan əhəmiyyətlidir. İstər Azərbaycanda təhsil alan xarici tələbələr, istər ölkəmizdə işləmək istəyən əcnəbilər, yaxud da Azərbaycan dilini xarici dil kimi öyrənmək istəyənlər üçün həmin platforma vacib rol oynayacaq. Platforma ingilis dili üzərində qurulub. Lakin düşünürəm ki, digər dillərə də tərcümə edilməsi mümkündür. Platformanın uğurlu olacağına əminəm”.

Sonra “Azərbaycan dili” platformasına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra çıxış edən pakistanlı tələbə, Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Pakistan mərkəzinin doktorantı Mahmut Əthar universitetdə təhsil aldığı müddətdə Azərbaycan dilini öyrənmək, inkişaf etdirmək və gündəlik həyatının bir parçasına çevirmək imkanı əldə etdiyini deyib.

Dilin xalqın ruhu, mədəniyyəti, onun düşüncə tərzi olduğunu vurğulayan M.Əthar fikirlərinə belə davam edib: “Azərbaycan dili çox zəngin bir dildir. Çünki o, Nizaminin, Füzulinin dilidir. Biz fəaliyyət göstərdiyimiz mərkəz vasitəsilə Azərbaycan dili və mədəniyyətinin xaricdə tanıdılmasına töhfə verməyə çalışırıq. İslamabadda Azərbaycan mərkəzi ilə birlikdə Azərbaycan dilinin təbliği, mədəni tədbirlərin təşkili istiqamətində işlər görürük. Biz pakistanlı tələbələrin Azərbaycan dilini öyrənməsi üçün bir kitab nəşr etdirmişik. Bu təşəbbüslə biz Azərbaycan dilinin beynəlxalq miqyasda daha geniş tanınmasına bir töhfə veririk. Məndən Azərbaycan dilini necə öyrəndiyimi soruşurlar. Rektorumuz bizə hər zaman Prezident İlham Əliyevin bütün çıxışlarına diqqətlə qulaq asmağı tövsiyə edir. Bu, Azərbaycan dilini öyrənmək üçün əsas üsuldur. Azərbaycan dili güclü birləşdirici təsirə malik dildir. Həmin dil bizi müxtəlif ölkə və millətlərdən olan insanlarla bir araya gətirir. Azərbaycan dili, sadəcə, bir ünsiyyət vasitəsi deyil. Həmin dil insanları, mədəniyyətləri, ölkələri birləşdirən güclü bir körpüdür. Bu dili öyrənməkdən qürur duyuram”.

Azərbaycan Dillər Universitetinin keçmiş məzunlarından olan tanınmış jurnalist, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusman çıxışı zamanı Azərbaycan dilinə marağın getdikcə artdığını bildirib: “Amerika Birləşmiş Ştatlarının Stanford Universitetində hər il müxtəlif ölkələrin və xalqların dilinə maraqla bağlı araşdırma aparılır. Biz nisbətən az əhalisi olan kiçik bir ölkəyik. Stanford Universiteti göstərir ki, son bir ildə Azərbaycan dilinə marağın inanılmaz dərəcədə artdığı müşahidə olunur. Bu, çox vacibdir. Bu, Prezident İlham Əliyevin yürütdüyü heyrətamiz siyasətə dünya miqyasında göstərilən marağa tam uyğundur. Buna milyonlarla sübut var. Melodik, gözəl, zəngin və nəcib Azərbaycan dilinə bu gün dünyada getdikcə daha çox tələbatın olması Prezidentin rəhbərliyi ilə ölkənin hansı yolda yürüdüyünün nəticəsidir. Bu inanılmaz platforma üçün təşəkkür edirəm. Çox vaxtında ərsəyə gələn bir işdir. Onu yaradanlara minnətdaram”.

Azərbaycan Dillər Universitetini 55 il əvvəl bitirdiyini diqqətə çatdıran M.Qusman fərqlənmə diplomu ilə məzun olduğunu da qeyd edib.

Təqdimat mərasimi çərçivəsində bədii hissə də nümayiş etdirilib.

Təqdimat mərasimi xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, platforma Azərbaycan dilinin öyrədilməsi, tədrisi və rəqəmsal resurslar vasitəsilə geniş auditoriyaya çatdırılması məqsədilə hazırlanıb.

Təqdimat mərasiminin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində keçirilməsi Azərbaycan dilinin dünya azərbaycanlılarını birləşdirən əsas dəyərlərdən biri olduğunu bir daha nümayiş etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər