Azərbaycan Gənclərinin IX Forumunun Gəncə-Qazax zona toplantısı keçirilib
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Gənclərinin IX Forumunun Gəncə-Qazax zona toplantısı keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncə-Qazax zonası üzrə Gəncə şəhərində təşkil edilmiş toplantıda gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov və Milli Məclisin deputatı Naqif Həmzəyev və Müşfiq Cəfərov iştirak ediblər.
Üç yüzdən çox gəncin iştirakı ilə keçirilmiş zona toplantısında Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək forumun tarixi əhəmiyyətindən söz açıb.
Gəncə şəhərindən olan gənc alim Elnur Həsənov, Samux rayonundan tələbə Aygün Cabbarova, Göygöl rayonundan Şəhriyar İsmayılov, Tovuz rayonundan Nərgiz Sabirli, Daşkəsən rayonundan Nigar Məmmədzadə, Mingəçevir şəhərindən Samrin Xanlayev, Gədəbəy rayonundan Pərviz Bayramov, Qazax rayonundan Ülvi Zeynalov, Yevlax şəhərindən Fərid Vaqifli, Şəmkir rayonundan Elvira Allahverdiyeva, Ağstafa rayonundan Ləman Cəlilova çıxış ediblər.
Toplantıda, eləcə də “Biz birlikdə güclüyük”, “Gənclərin sağlamlığı - xalqın sağlamlığıdır” mövzularında çıxışlar dinlənilib.
Çıxış edənlər zona toplantısında ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətlərindən, Azərbaycan gənclərinin cəmiyyətin inkişafındakı rolundan danışıblar.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb və ətraflı fikir mübadiləsi aparılıb.
Gəncə-Qazax zonası üzrə Azərbaycan Gənclərinin IX Forumuna 157 nümayəndə seçilib.
Görüş zona toplantısının qətnaməsinin qəbulu ilə yekunlaşıb.