Azərbaycan güləşçisi Şərif Şərifov İslamiadanın yarımfinalında
Bakı, 20 may, H.Mahmudova, S.Allahverdiyeva, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışlarında 86 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Şərif Şərifov yarımfinala yüksəlib.
AZƏRTAC xəbər verir ki, idmançımız dörddəbir finalda Pakistan güləşçisi Muhammad İnama 11:1 hesabı ilə qalib gəlib.