AZƏRBAYCAN HƏRBÇİLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində iyunun 17-18-də Xorvatiyanın Zadar şəhərində proqramın iştirakçıları üçün hava hücumundan yerüstü müdafiə mövzusunda işçi görüşü, iyunun 17-19-da Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq Humanitar Hüquq üzrə MDB ölkələri üçün 1-ci regional seminar, Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində İraq konfransı, iyunun 18-19-da Brüsseldə növbəti 10 ildə Sülh Naminə Tərəfdaşlıq Konsorsiumunun Müdafiə Təşkilatlarının qurulması və regional sabitlik sahələrində imkanlarının genişləndirilməsi mövzusunda 10-cu konfrans keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, həmin tədbirlərdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]